Yazını böyüt
Yazını kiçilt
“Ermənistan tərəfi Azərbaycana qarşı təxribat törədib”.
Hafta.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, şəhid olan hərbi qulluqçumuz var, digəri yaralanıb:
“Şəhid olmuş hərbi qulluqçumuza Allahdan rəhmət diləyirik. Törədilən təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu təxribatın törədilməsində əsas məqsəd hazırda aparılan sülh danışıqlarına mane olmaqdır”.